Ulu
Öndərimiz Heydər Əliyev 1993-cü ildən yenidən Azərbaycanda siyasi hakimiyyətə gələndə
Azərbaycanda ordu əvəzində ayrı-ayrı şəxslərə, siyasi məqsədlərə xidmət edən
silahlı dəstələr mövcud idi. Böyük dövlətçilik təcrübəsi olan Ulu Öndərimiz
Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək onun əvəzində vahid
komandanlığa tabe olan nizami ordunun bünövrəsini qoydu və yaradılmış yeni
silahlı qüvvələr tərəfindən ermənilərə laiqli cavab verilərək onlar xeyli geri
oturduldu və atəşkəsə razlıq verməyə məcbur edildilər. 2003-cü ildə cənab Prezident
İlham Əliyev Prezident seçiləndən sonra torpaqlarımızın 20 %-nin Ermənistan
ordusnun işğalı altında olduğunu nəzərə alaraq, Azərbaycanın müdafiə qütrətinin
artırılmasını dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyən
etdi. Dövlət büdcəsindən müdafiə xərclərini ilbəil artırmaqla Ordunun
maddi-texniki təminatını müasir silah və
sursatlarla təmin etməklə yanaşı, yüksək peşəkarlığa malik hərbi kadrların
yetişdirilməsi daima diqqət mərkəzində saxlanıldı. Respublikada Müdafiə Sənayesi Nazirliyi yaradılaraq Ordunun təminatı
üçün yeni silah və sursat istehsalına başlanıldı. Müsair hərbi texnologiyaların nəaliyyətlərinin
nümaiş edildildiyi sərgi və yarımarkalarda Azərbaycanın iştrakı təmin edildi.
Ordumuzun döyüş qabiliyyətini, peşəkarlığını və fiziki hazırlığını artırmaq məqsədilə
təlim planları hazırlanaraq təsdiq edildi və təlim planlarına uyğun təlim-məşq
toplantılarının keçirilməsi mütəmadi xarater aldı. Müasir dövrün hərbi əməliyyat
şərtlərinə cavab verən silah istehsalçısı olan dövlətlərlə əlaqələr qurularaq ən
yüksək texnalogiyalar əsasında hazırlanmış yeni silahlar ordumuzun arsenalına qəbul
edildi. Müasir silahlardan istifadə etmək bacarığına malik peşəkar hərbi
kadrlar hazırlandı və s. Dünyanın ən güclü ordularından birinə sahib olan qardaş Türkiyə
Respublikası ilə digər sahələrlə yanaşı hərbi sahədə də geniş əməkdaşlıq əlaqələri
quruldu, çoxsaylı birgə təlimlər keçirildi. Keçirilən təlimlər bütün qoşun növlərini və hərbi birləşmələri əhatə edirdi ki, buda
müxtəlif qoşun növlərinin hərbi əməliyyatlar zamanı birə fəaliyyətlərini təmin
etməyə hədəflənmişdir. Cənab
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, hərbi strategiya 44 günlük Vətən
müharibəsində özünün doğru nəticələrini təsdiq etdi. Cənab
prezident İlham Əliyev müharibədən sonrakı dönəmdə də Ordumuzun dahada gücləndirilməsi
istiqamətində ardıcıl iş aparır. Buna görə də Ordumuz öz üzərinə düşən
tapşırıqların hər an icrasına hazırdır. Bildiyiniz kimi 26 iyun Respublikamızda Silahlı Qüvvələr günüdür. Bu gün
münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab prezident İlham Əliyev
başda olmaqla bütün şəxsi heyyəti ürəkdən təbrik edir, daima qələbə müjdəçiləri
olmalarını arzuayıram. Vahid Əliyev,
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri